ABŞ-ın vitse-prezidentinə Knessetdə etiraz - VİDEO

ABŞ-ın vitse-prezidentinə Knessetdə etiraz - VİDEO

-- Qüdsü İsrailin paytaxtı olaraq gördüyünü deyən zaman deputatlar əllərində plakatlarla ona etiraz edib

ABŞ-ın vitse-prezidenti Maykl Pens işğalçı İsrail rejim  Knessetinde çıxışı zamanı yerli deputatlar tərəfindən etirazla qarşılanıb.
 
FaktXəbər-in "Haaretz"ə istinadən verdiyi məlumata görə, Qüdsü İsrailin paytaxtı olaraq gördüyünü deyən zaman deputatlar əllərində plakatlarla ona etiraz ediblər.
 
Maykl Pensin çıxışını pozmağa çalışan "Birləşmiş ərəb siyahısı"  fraksiyasının deputatları salondan çıxarılıb. Birləşmiş Ştatların vitse-prezidenti daha sonra bildirib ki, Donald Trampın göstərişi əssında İsraildəki səfirliyin Qüdsə daşınması gələn ilin sonuna kimi başa çatacaq.
 

Google+ WhatsApp ok.ru