Almaniya hava limanında 180 türk və kürd arasında qarşıdurma - Video

Almaniya hava limanında 180 türk və kürd arasında qarşıdurma - Video

-- hadisədə tərəfləri ayırmaq üçün polisin bibər qazı istifadə etdiyi bildirilib

Almaniyanın Hannover Langenhagen Hava Limanında Türkiyənin Afrində keçirdiyi əməliyyatla bağlı təşkil olunan etiraz aksiyasında insident meydan gəlib.

180 nəfərin iştirak etdiyi hadisəylə əlaqədar Hannover polisi istintaq başladıb. Bəzi alman qəzetlərin internet səhifələrindəki görüntülərdə Hannover Langenhagen Hava Limanında Türkiyənin Afrin əməliyyatıyla bağlı keçirilən etiraz aksiyası zamanı baş verən hadisələr yer alıb.

Hannover polisindən verilən məlumatda hava limanındakı hadisədə tərəfləri ayırmaq üçün polisin bibər qazı istifadə etdiyi bildirilib.

Açıqlamada hava limanındakı aksiyanın bir Türkiyə hava yolu şirkətinə qarşı keçirildiyi qeyd olunub.

Polisdən icazə alınmadan keçirildiyi qeyd edilən aksiyada 2 nəfərin yüngül xəsarət aldığı diqqətə çatdırılıb.

Hadisədə xəsarətyetirmə və maddi zərər vurmağa görə bəzi adamlar haqqında istintaq açıldığı qeyd edilib. "Hannoversche Allgemeine Zeitung" qəzetinin xəbərində hava limanının "Terminal B" hissəsində təxminən 180 nəfərin qarşıdurmada iştirak etdiyi qeyd olunaraq, hadisədən dolayı İstanbula getməli bir təyyarənin uçuşunun yarım saatdan çox gecikdiyi bildirilib. (eastnews.org)

Google+ WhatsApp ok.ru