ABŞ əhalisinin 70 faizi Donald Trampa mənfi münasibət bəsləyir

ABŞ əhalisinin 70% Respublikaçılar partiyasının prezidentliyinə namizədi Donald Trampa mənfi münasibət bəsləyir.
Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, keçrilən sorğuda müxtəlif yaşlardan olan insanlar iştirak edib. Eyni zamanda fərqli millətlərə və əqidələrə mənsub olan insanlar Trampa mənfi münasibət bəslədiklərini ifadə ediblər. Bununla yanaşı bir müddәt əvvəl Trampın reytinqinin yüksək olduğu ştatların əhalisi də sözügedən namizədi artıq dəstəkləmədiklərini bildiriblər. Trampı dəstəkləyən əsas elektorat əhalinin ali təhsili olmayan insanlar təşkil edir. /

Google+ WhatsApp ok.ru