İraq ordusu Ənbar əyalətindəki Kubeys şəhərini azad edib

İraq silahlı qüvvələri, Ənbar əyalətindəki Kubeys şəhərini İŞİD-in işğalı altından azad edə biliblər.
İslamazeri.az-ın RT-ə istinadən verdiyi xəbərə görə, istehkamçılar (mina təmizləyənlər) artıq şəhərin təmizlənməsinə başlayıblar.
İraq silahlı qüvvələri tədricən Ənbar əyalətini İŞİD-in işğalı altından azad edə bilirlər. Kubeys şəhərində İŞİD-in çoxlu qüvvətləndirilmiş mövqelərinin olmasına baxmayaraq, İraq ordusu qısa zaman çərçivəsində şəhəri azad edə bilib. Düşmən xeyli itki verib.
Kubeys şəhəri ölkənin qərbində, ər-Ramadi şəhərərindən 60 kilometr uzaqlıqda yerləşir. Şəhərin hər yerində qanlı döyüşlərin izlərinə rast gəlmək olar. Hazırda şəhər istehkamçılar tərəfindən minalardan təmizlənir ki, tez bir zaman ərzində şəhərdən qaçmış dinc əhali geriyə - öz evlərinə dönə bilsinlər. Hərbçilər basdırılmış çox sayda silah-sursat arsenalı aşkar edib.
“Xoşbəxtlikdən, ordumuz bizi bu lənətə gəlmiş terrorçuların əsarətindən xilas etdi. Ümid edirəm ki, artıq şəhərimizdə sülh olacaq! Biz öz xilaskarlarımızı salamlayırıq! Onlar ən gözəl təriflərə layiqdirlər!” – deyə Məhəmməd Aiş adlı şəhər sakini bildirib.
Şəhər mərkəzinin balaca olmasına baxmayaraq, şəhərin ümumi sahəsi 400 km2 dir. Şəhərin azad edilməsi ordu üçün strateji əhəmiyyətə sahibdir. Beləliklə, ordu İŞİD-in təchizat yolunun qarşısını alıb./

Google+ WhatsApp ok.ru