ABŞ Baş Qərargah rəisi: `Mənim vəzifəm Əsədi devirmək deyil`

ABŞ Baş Qərargah rəisi Martin Dempsey, "Mənə verilmiş vəzifə İŞİD-dir. Suriya rejimini devirmək deyil", - söyləyib.
 
Maide.az xəbər verir ki, Dempsey Vaşinqtonda iştirak etdiyi konfransda İraq və İSİD ilə mübarizə mövzusunda danışıb. İraqa bir neçə gün əvvəl etdiyi səfərdən bəhs edən Dempsey, danışıqlar apardığı İraqlı liderlərdən yaxın zamanlar üçün cəsarət aldığını bildirərək, ölkədəki yeni liderlərin "daha düşüncəli" olduğunu, ölkədəki bütün fərdlərin razı qalacağı siyasət apardığını vurğulayıb.
 
İraq təhlükəsizlik güclərinin İŞİD terror təşkilatından torpaqlarını geri almağa başladığını xatırladan Dempsey, ancaq ölkə daxilində didəregin salınan insanların evlərinə qayıtmasını təmin etməyə yönəlmiş planın isə razılaşdırıldığına işarə edib. Dempsey, İraqdakı yeni rəhbərliyin bir çox problemlərlə baş-başa qaldığını, o problemlərin öhdəsindən gəlməyin vaxt aparacağını bildirərək, İŞİD təhdidinin də aralarında olduğu problemlərin həlli üçün liderlərin "cəsarət, şans və iradə" göstərmələrinə ehtiyac olduğunu dilə gətirib.
 
Dempsey ona ünvanlanan bir suala cavab kimi, ona verilən vəzifənin İŞİD ilə mübarizə olduğunu söyləyib. Dempsey, "Mənə verilmiş vəzifə İŞİD-dir. Bir millətin məhvi və ya Suriya rejimini devirmək deyil", - deyə danışıb.
 
İŞİD ilə mübarizənin təkcə İraqda deyil, eyni zamanda Suriyada da aparılması lazım olduğunun vurğulayan Dempsey, hərbi strategiyaları baxımından İraqın ilk sırada yer aldığını deyib.

Google+ WhatsApp ok.ru