Vurulan helikopterə general vəzifəsindən qovuldu 20 Noyabr 2014 02:00 Hərb Azərbaycan ordusunun erməni helikopterini vurması Ermənistan ordusunda vəzifədən çıxarılmalara səbəb olub. Maide.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə general-leytenant, Ermənistanın baş hərbi müfəttişinin birinci müavini Leonid Martirosov tutduğu vəzifədən azad edilib. İstefaya səbəb kimi Ermənistan ordusunun son günlərdəki hərbi uğursuzluğu, erməni vertolyotunun Azərbaycan tərəfindən vurulması göstərilir. Qeyd edək ki, 12 noyabr 13:45 radələrində, atəşkəs xəttində Azərbaycan ordusunun mövqelərinə hücum etmiş Ermənistan hava qüvvələrinin vertolyotu bizimkilər tərəfindən vurularaq partladılmışdı. Hadisə zamanı birnin rütəbsi mayor olmaqla, 3 erməni hərbçisi həlak olmuşdu. Teqlər : #Vurulan helikopterə general vəzifəsindən qovuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi son hərbi təlimin videosunu yaydı ABŞ Baş Qərargah rəisi: `Mənim vəzifəm Əsədi devirmək deyil`
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'