ABŞ, Britaniya və Fransa yenidən Suriyaya hücum edəcək

ABŞ, Britaniya və Fransa yenidən Suriyaya hücum edəcək

ABŞ, Britaniya və Fransa yenidən Suriyaya hücum etməyə hazırlaşır.
 
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyindən verilib.
 
Məlumatda bildirilir ki, ABŞ, İngiltərə və Fransa yenidən kimyəvi silahdan istifadə bəhanəsi ilə Suriyaya hücum edəcək.
 
Nazirliyin sözcüsü İdlibdəki militantların kimyəvi silahdan istifadəni səhnələşdirməyə hazırlaşdıqlarını söyləyib.
 
Qeyd edək ki, bu ilin aprel ayında ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyat keçirmişdi.
 
 

Google+ WhatsApp ok.ru