ABŞ dünyanı narkotika ticarəti və terrorizmlə idarə edir - Boliviya prezidenti

ABŞ dünyanı narkotika ticarəti və terrorizmlə idarə edir - Boliviya prezidenti

 

Boliviyanın prezidenti Eva Morales keçən həftə ABŞ koalisiyanın Dayrazzauru bombardman etməsini cidddi tənqid edib.

Rasthaber-ə istinadən bildirilir ki, Nyu -Yorkda keçirilən BMT- nin 71-ci yubiley iclasında çıxış edən Boliviya prezidenti Eva Morales terroru yox etmək üçün ilk növbədə onun səbəblərinin yox edilməsini vurğulayıb. O bildirib ki, imperalist dövlətlərin öz maraqları ucbatından belə sabitsizlik yaradırlar. 
 
ABŞ-ın Kubaya qoyduğu embarqonu ləğv etməsinin vacibliyini söyləyib. O bildirib ki, terrorizm və narkotika ticarəti ABŞ-ın dünyanı işğal və nəzarətdə saxlamaq üçün istifadə etdiyi ekiz qardaşlardır. 
 
"Kapitalizm bəşəriyyətin, həyatın və gələcək nəsillərin ən böyük düşmənidir. Dünya anamızı yox edər, sərvəti bir neçə nəfərin əlində topalayar və yoxsulluq yaradar." ifadələrini işlədən Morales dünyanın daha yaxşı bir sistemə ehtiyacı olduğunu söyləyib. 
 
Bundan əlavə o İsrailin Fələstini işğal etməsini qınayıb və BMT-ni Fələstini tanmağa dəvət edib. (İslaminSesi) / 

Google+ WhatsApp ok.ru