Yəhudilər BMT-nin qarşısında Sionist Israil rejiminə etiraz etdilər

Yəhudilər BMT-nin qarşısında Sionist Israil rejiminə etiraz etdilər

Sionist İsrail rejiminin apardığı siyasəti dəstəkləməyən minlərlə yəhudi, BMT-nin 71-ci sammitinin keçirildiyi ərəfədə BMT Baş Qərargahının qarşısında etiraz aksiyası keçirib.
 
Maide.Az  Anadolu agentliyinə istinadən xəbər verir ki, aksiyada ənənəvi geyimli minlərlə ortodoksal yəhudi iştirak edib. Sionist İsrail rejiminin başda Fələstin olmaqla yaxın şərqdə apardığı siyasətləri və öz vətəndaşlarına qarşı tətbiq etdiyi qanunlara etiraz edən nümayişçilər, İsrail rejiminin hərbi çağırışla bağlı siyasətini də pisləyiblər.
 
Pravoslav yəhudi liderlərindən Rabbi David Niederman bildirb ki, bizlər dindar yəhudilər inancımıza görə əsgərlik edə bilmərik. İsrailin bu istiqamətdəki siyasətinə qarşı etiraz edirik.

Google+ WhatsApp ok.ru