Abşeronda 11 yaşlı məktəblini maşın vurub

Ötən gecə Abşeron rayonunda 11 yaşlı məktəblini maşın vurub.  Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hələlik sürücüsü müəyyən edilməyən avtomobil yolu keçmək istəyən piyada 11 yaşlı Orxan Elxan oğlu Hüseynovu vurub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. 1 saylı şəhər kliniki xəstəxanasının həkim-cərrahı Adil Hüseynovun məlumatına görə, 11 yaşlı Orxan Elxan oğlu Hüseynov xəstəxanaya  kəllə-beyin travması, alın nahiyəsinin hematomiyası və daban hemortrosu diaqnozu ilə daxil olub. Xəstəyə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti kafidir".
 
Faktla əlaqədar Abşeron rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerindən qaçan sürücünün axtarışları davam edir.

Google+ WhatsApp ok.ru