Nərimanov rayon məhkəməsinin zirzəmisi yanıb - FOTO

Bu gün saat 10 radələrində Bakının Nərimanov rayonunun məhkəməsinin binasında yanğın baş verib. 
Hadisə şahidlərinin Musavat.com-a verdiyi məlumata görə, hələlik naməlum səbəblərdən başlayan yanğın binanın zirzəmisində törənib. 
 
Yanğın yerinə FHN-in yanğısöndürənləri cəlb olunub. Hazırda onlar yanğını lokallaşdırmaqla məşğuldurlar.


Google+ WhatsApp ok.ru