Abşeronda evdə partlayış olub, üç yaşlı qız ölüb, yaralananlar var

Abşeronda evdə partlayış olub, üç yaşlı qız ölüb, yaralananlar var

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.
 
Abşeron Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə  alınıb.
 
Qəsəbə  sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.
 
Nəticədə ev sahibinin 3 yaşlı övladı Banıçiçək Qurbanlı dünyasını dəyişib.  
 
Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.  (apa) /
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru