Göygöldə iki azyaşlı uşaq dəm qazından zəhərlənərək ölüb

Göygöldə iki azyaşlı uşaq dəm qazından zəhərlənərək ölüb

Göygöldə dəm qazından zəhərlənmə olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.
 
Gəncə sakini, 1990-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.
 
Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır  olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru