Abşeronda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib 10 Oktyabr 2020 07:58 Hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Teqlər : #yanğın ,#FHN, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lənkəranda yaşayış binasında yanğın: Xəsarət alan var Qusarda zəlzələ olub