Lənkəranda yaşayış binasında yanğın: Xəsarət alan var 09 Oktyabr 2020 13:49 Hadisə Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 kvadrat metr olan mənzilin bir otağında yataq dəsti yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın zamanı üç nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Teqlər : #Lənkəranda,#yaşayış,#binasında,#yanğın:,#Xəsarət,#alan,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstanda kütləvi zəhərlənmə: 50 uşaq xəstəxanaya yerləşdirildi Abşeronda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib