Abşeron rayonunda ağır qəza: 1 ölü

Abşeron rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük maşını toqquşub.
Maide.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə, minik avtomobilinin sərnişini aldığı bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalb.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:57-də başa çatıb.

Google+ WhatsApp ok.ru