Hava limanına yanacaq dağıldı: təyyarələr göydə qaldı 29 Fevral 2016 02:00 Hadisə Londonun Gatwick hava limanında aviareyslər müvəqqəti olaraq dayandırılıb. Aznews.az xarici mediaya istinadən xəbər verir ki, bu, uçuş-enmə zolaqlarından birində yanacağın dağılması ilə bağlıdır. Hadisənin nə səbəbdən baş verdiyi məlum deyil. Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, aviareyslər yaxın zamanda bərpa olunacaq. Şirkətin rəsmi nümayəndəsi bildirib ki, hava limanına gələn təyyarələr bir müddət havada qalmalıdırlar. Zolaqların təhlükəsizliyi yoxlanıldıqdan sonra təyyarələr prioritetliyi ardıcıllığı ilə qəbul ediləcək./ Teqlər : #Hava limanına yanacaq dağıldı: təyyarələr göydə qaldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İTV əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb Abşeron rayonunda ağır qəza: 1 ölü