Abşeron rayonunda evləri su basıb -VİDEO

Abşeron rayonunda yeni yaşayış massivində gölün daşması ətrafda yaşayışı çətin vəziyyətə salib. Bir neçə gündür ki, təxminən 20-25 ev su altinda qalıb. Əlacsız qalan sakinlər küçədə avtomobildə gecələyirlər. Evə isə taxta nərdivan vasitəsi ilə pəncərədən daxil olurlar. Bəzi sakinlər su basmış evinə yalnız rezin çəkmələrlə girə bilir.
 
Belə hal Abşeron rayonu ərazisində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində yerləşən yeni salınmış 28 May qəsəbəsində yaşanır. Sakinlərinin sözlərinə görə, qəsəbədəki ''daşakıl'' gölünün suyu mart ayında artıb. Amma bir neçə gün olar ki, gölün suyu bəndi də yuyaraq ətrafdakı evlərə dolur.
 
Vəziyyət uşaqların təhsilinə də təsir edib. Evləri su altında qalan uşaqlar məktəbə gedə bilmirlər.
 
Abşeron rayon icra hakimiyyətinin Hökməli Qəsəbə İnzibati Ərazi Dairə üzrə nümayəndəsi Müseyib İbrahimovun verdiyi məlumata görə, gölün daşmasına qurunt suları səbəb olub. Suyun qarşısının alınması istiqamətində yaxın vaxtlarda  müəyyən işlər görüləcək.
 

Google+ WhatsApp ok.ru