Bakıda ata qızının boğazını kəsdi 21 May 2016 01:00 Hadisə Bakıda qızının boğazından bıçaqlayan ataya cinayət işi açılıb. Maide.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Malik Mirzəyev qızı 1992-ci il təvəllüdlü Vüsalə Fətdahovanın boğazından iki bıçaq zərbəsi vurub. V.Fətdahova Mərdəkan qəsəbəsi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Qızını bıçaqlayan ata Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. / Teqlər : #Bakıda ata qızının boğazını kəsdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abşeron rayonunda evləri su basıb -VİDEO Hacıqabulda 75 yaşlı qadın özünü yandırdı