Abe yanvarın 21-i Moskvaya səfər edə bilər

Abe yanvarın 21-i Moskvaya səfər edə bilər

Yaponiyanın baş naziri Şinzo Abe gələn il yanvarın 21-i Moskvaya səfər edə bilər.
 
Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, baş nazir səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.
 
 Bildirilir ki, hazırda tərəflər səfərin tarixi barədə razılığa gəlməyə çalışırlar.
 
Qeyd edək ki, Yaponiyanın baş naziri daha əvvəl dəfələrlə Rusiya səfər etmək niyyətində olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru