ABŞ gələn il İraqa 1300 əsgər yerləşdirəcək

Maide.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi prezident Barak Obamanın İraqa daha çox əsgər göndərilməsini təsdiq etdiyini bildirib.
 
Kirbi, İraqın şimal və qərb bölgələrində yerləşdiriləcək sözügedən əsgərlərin ən mühüm vəzifələrinin İraq ordusu ilə peşmərgəyə İŞİD-lə mübarizədə təklif vermək və yardım etmək olduğunu, ancaq müharibələrə qatılmayacaqlarını bildirib.
 
Kirbi həmçinin, əsgərlərin İraq qüvvələrinə təlim keçəcəklərini də deyib.

Google+ WhatsApp ok.ru