ABŞ hərbi təyyarələri Həşd Şəbi qüvvələrinin mövqelərini bombaladı, 40 nəfər şəhid oldı

ABŞ hərbi təyyarələri Həşd Şəbi qüvvələrinin mövqelərini bombaladı, 40 nəfər şəhid oldı

Amerika hərbi təyyarələri İraq-Suriya sərhədində yerləşən Seyidüş-Şühəda briqadasının mövqelərini bombalayıb. 
 
Maide.Az xəbər verir ki, ABŞ hərbi təyyarələrinin bombalaması nəticəsində Həşd Şəbinə bağlı olan Seyidüş-Şühəda briqadasından 40 nəfər şəhid olub, 40-dan çox insan isə yaralanıb. 
 
Qeyd edək ki, İraq KİV-lərinin məlumatına görə, ötən gecədən İraqın Suriya ilə sərhədində İraqın Həşd Şəbi könüllü qüvvələri ilə İŞİD terror qruplaşma üzvləri arasında döyüş gedir.
 
ABŞ hərbi təyyarələrinin Həşd Şəbi mövqelərinə hava hücumunun İŞİD-lə İraq könüllü qüvvələri arasında döyüş başladıqdan sonra həyata keçirildiyi bildirilir.
 
Xatırladaq ki, Seyidüş-Şühəda briqadasının rəhbərliyi ABŞ hərbi təyyarələrinin bombalaması nəticəsində 40 əsgərin şəhid olmasına görə Amerika hərbi hava qüvvələrinin məsuliyyət daşıdığını bildirib və İraq hökumətinə bu məsələni araşdırılması tələbi ilə çağırış edib. (iraqnewsapp)

Google+ WhatsApp ok.ru