ABŞ insan haqlarına görə Ərəbistanı tənqid etdi

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında insan haqları və söz azadlığının vəziyyəti ilə bağlı nigaranlıq edib.
 
Maide.az-ın verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti bazar ertəsi günü bəyanat verərək hüquqi azadlıqlar, söz və ifadə azadlıqları məhdudlaşdırmaq və həbs və şallaqla bağlı Ərəbistan məhkəmələrinin qərarlarını tənqid edib. 

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında insan haqları və ifadə azadlığının pozulmasından Vaşinqtonun nigaran olduğunu bildirərək səudiyyəlilərdən vəhhabiliyi tənqid edən ərəbistanlı bloqqer Raif Bədəvi ilə əlaqədar şallaq və həbs qərarını ləğv etməsini istəyib. Livanın "əl-Nəşrə" xəbər portalının məlumatına görə, Ərəbistan məhkəməsi bazar günü ərəbistanlı bloqqer Raif Bədəviyə 1000 şallaq və 10 il həbs qərarını təsdiqləyib. 

Raif Bədəvinin həyat yoldaşı və insan haqları fəalları xəbərdarlıq ediblər ki, hökmün icra olunduğu halda o həyatını itirə bilər. Raif Bədəvi 2012-ci ildə Ərəbistanın qərbində Ciddədə həbs olunub. ABŞ Ərəbistandakı insan haqları vəziyyətini elə bir halda tənqid edir ki, Yəmənə təcavüz, bu ölkə vətəndaşlarının qırğını, eləcə də onun infrastrukturlarının məhv edilməsində Ali-Səudla əməkdaşlıq etmişdir. Amerikalı-səudiyyəli koalisiyanın 26 martdan Yəmənə təcavüzü nəticəsində indiyə qədər 2 mindən çox yəmənli şəhid olmuş, 7 min nəfər də yaralanmışdır. 

BMT bildirib ki, 26 milyon əhalisi olan Yəmənin 12 milyondan çox vətəndaşı zəruri humanitar yardıma ehtiyaclıdır.

Google+ WhatsApp ok.ru