Ərdoğan və Putin Bakıda görüşəcək

Türkiyə və Rusiya prezidentləri Bakı 2015 ilk Avropa Oyunlarının açılışından sonra ikitərəfli görüş keçirəcək.
 
Maide.az “Habertürk”ə istinadən xəbər veri ki, Rusiya prezidenti Vladimir Putin dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başa çatan parlament seçkilərinin nəticələsinin xeyirli olmasını diləyib.
 
Telefon görüşməsi zamanı iki ölkə prezidenti 12 iyunda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Bakıda ikitərəfli görüş keçirmək haqqında qərara gəliblər.
 
Görüşdə hansı məsələlərin müzakirə mövzusu olacağı barədə məlumat açıqlanmayıb./

Google+ WhatsApp ok.ru