ABŞ Kəşfiyyatı Rusiya təyyarəsinin İŞİD terrorçuları tərəfindən partladığıdını iddia edir

ABŞ kəşfiyyat mənbələri Rusiyaya məxsus Airbus A-321 sərnişin təyyarəsinin İŞİD və ya ona yaxın başqa bir terrorçu qrup tərəfindən partladıldığını iddia edir.
Maidə.az-ın xəbərinə görə, Amerika kəşfiyyatının iddiasına görə, hadisə  terrorçular tərəfindən təyyarəyə əvvəlcədən yerləşdirilmiş bombanın partladılması nəticəsində hadisə baş verib.  "Baqaj və ya təyyarənin başqa bir hissəsində yerləşdirilmiş bombanın patladığına dair qəti nəticələr var", - deyə adı açıqlanmayan amerikalı kəşfiyyat mənbəsi bildirib.
 
İddianı Rusiya Nəqliyyat Nazirliyi təsdiqləyib. 
 
Şarm Əl-Şeyx - Sankt-Petersburq reysi ilə uçan Airbus A-321 təyyarəsi ötən şənbə  havaya qalxdıqdan az sonra Misirin Sina yarımadasında qəzaya uğrayıb. Hadisə nəticəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü həyatını itirib. /

Google+ WhatsApp ok.ru