Həyata ümid zəngin ölkələrdə artıb, ABŞ-da isə azalıb

Yeni beynəlxalq araşdırmada qeyd edilir ki, inkişaf etmiş ölkələrdə həyata ümid 1970-ci illə müqayisədə, on ildən çox artmışdır.
Maide.az xəbər verir ki, buna baxamayaraq, həmin tədqiqata əsasən, ABŞ-da yaşamağa ümid zəngin ölkələr arasında ən aşağı səviyyəyə düşmüşdür.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı öz hesabatında bildirir ki, tədqiqatın aparıldığı 34 ölkə arasında Yaponiya, İsveç və İspaniya kimi ölkələr bu sahədə qabaqcıl idilər və həmin ölkələrdə yaşamağa ümid orta hesabla 83.4 il idi.
ABŞ-da bu rəqəm hal-hazırda 79 yaşdan aşağı düşüb.
Hesabatda qeyd edilir ki, ABŞ-ın bu reytinqdə aşağı düşməsinin səbəbi sosial səhiyyə sisteminin zəifliyi, gəlirlərin qeyri-bərabərliyi və həddən artıq köklük göstərilir. /
 

Google+ WhatsApp ok.ru