ABŞ koalisiyasından etiraf: 199 dinc sakin öldürmüşük

ABŞ koalisiyasından etiraf: 199 dinc sakin öldürmüşük

ABŞ və onun müttəfiqlərinin "anti-terror" əməliyyatı çərçivəsində Suriya və İraqa endirdiyi hava zərbələri nəticəsində azı 199 nəfər dinc sakin həlak olub. Bu haqda məlumatı koalisiyanın qərargahından verilib.
 
“Sarsılmaz qətiyyət” əməliyyatının qərargahı mövcud məlumatlara əsaslanaraq hesab edir ki, əməliyyat başladığı andan bu günə qədər koalisiyanın endirdiyi zərbələr nəticəsində azı 199 dinc sakin qəsdsiz öldürülüb”.
 
Qərargahdan əlavə ediblər ki, Mosul və Rəqqa şəhərlərinə endirilmiş son zərbələrin analizinin nəticəsində məlum olub ki, 2016-cı ilin oktyabr və dekabr aylarındakı 4 halda 11 dinc sakin həyatını itirib.
 
Hərbçilər 2016-cı ilin sentyabr ayından dekabr ayınadək olan dövründə endirilmiş daha 10 zərbənin nəticələrini isə qiymətləndirməyə davam edir. (islamazeri)/

Google+ WhatsApp ok.ru