BMT: Myanmar ordusu Rohingiya müsəlmanlarına qarşı kütləvi qırğın həyata keçirib

BMT: Myanmar ordusu Rohingiya müsəlmanlarına qarşı kütləvi qırğın həyata keçirib

BMT Myanmarda ordu və təhlükəsizlik qüvvələrinin Rohingiya müsəlmanlarına qarşı soyqırımına dair hesabat yayıb.
 
Maide.Az xəbər verir ki, BMT-nin insan hüquqları ofisi bu gün hesabat yayaraq bildirib ki, Myanmar təhlükəsizlik qüvvələri ötən ilin oktyabr ayından Rohingiya müsəlmanlarına qarşı etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərə bərabər olan kütləvi qırğın və kütləvi təcavüz həyata keçirib. "Myanmar təhlükəsizlik qüvvələri rohingiyalı müsəlman uşaqları, körpələri, yeniyetmələri, qadınları və yaşlıları qətliam edib. Qaçmaq istəyən şəxsləri gülləyib, kəndləri yandırıb, bir çox insanı həlak edib, kütləvi şəkildə cinsi zorakılıq törədib, bilərəkdən ərzaq ehtiyatlarını məhv ediblər”. 
 
Hesabatda bildirilir ki, bölgədə təmizləmə işi zamanı yüzlərlə insan öldürülüb. “Bir şahid qadın BMT tədqiqatçılarına deyib ki, Myanmar təhlükəsizlik qüvvələri 8 aylıq körpənin boğazını kəsiblər. Başqa bir qadın əsgərlər tərəfindən təcavüzə məruz qaldığını vurğulayıb və deyib ki, 5 yaşlı qızım Myanmar ordu əsgərləri tərəfindən öldürülüb”.
 
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad Al Hussein deyib ki, rohingiyalı uşaqlara qarşı edilən zülm dözülməzdir.  
 
BMT elan edir ki, Myanmar ordusunu oktyabrdan başladığı əməliyyatdan sonra Raxin bölgəsindən 69 min nəfər Banaqladeşə qaçıb. 
 
Myanmar dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min myanmarlı müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur.
 
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanmar müsəlmanları buddistlərin hücumlarına məruz qalıb və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşüb. 

Google+ WhatsApp ok.ru