ABŞ koalisiyasının hücumlarında 1256 suriyalı həlak olub

ABŞ koalisiyasının hücumlarında 1256 suriyalı həlak olub

Mərkəzi ofisi Londonda yerləşən və müxaliflərə yaxınlığı ilə tanınan Suriya İnsan Haqları Monitorinq Mərkəzi (SOHR) 2014-cü ilin sentyabr ayından etibarən Suriyada 1256 dinc sakinin ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hücumlarında həlak olduğunu bildirib.
 
2014-cü ilin 24 sentyabr tarixindən etibarən koalisiya qüvvələri tərəfindən Hasəkə, Raqqa, Hələb, İdlib və Deyr Əz-Zor əyalətlərində keçirilən hava hücumları nəticəsində 7631 nəfərin öldüyü və bunlardan 1256 nəfərin silahsız mülki şəxslər olduğu qeyd edilib.
 
SOHR hesabatında, 1256 nəfər kimi müəyyən edilən ümumi itkilərin sayında 18 yaşından aşağı 275 uşağın da daxil olduğunu qeyd edib.
 
Hesabatda təqdim olunan rəqəmlər keçən aylarda Pentaqon tərəfindən verilən açıqlama ilə böyük fərqinin olması ilə diqqət çəkir. Pentaqon 2014-cü ildən etibarən koalisiyanın hücumlarında 120 mülki şəxsin həlak olduğunu iddia edir. (deyerler) /

Google+ WhatsApp ok.ru