Krımda müsəlmanlar üçün ən böyük məscid inşa olunur

Krımda müsəlmanlar üçün ən böyük məscid inşa olunur

Krım müsəlmanlarının ibadət edəcəyi ən böyük və ən geniş olan məscidinin inşasına aprelin 22-də baş tutan təməlqoyma mərasimi ilə başlandığı bildirilib.
 
Simferopol şəhərində inşa ediləcək Cümə məscidinin təməlqoyma mərasiminə Krım lideri Sergey Aksenov, Krım müftisi Əmirəli Ablayev, Simferopol və Krım Arxiyepiskopu Lazar iştirak edib.
 
Mərasimdə jurnalistlərə danışan Sergey Aksenov belə deyib: "İnşa ediləcək məscid respublikamızın zinəti olacaq. Bu məscid bütün Krım müsəlmanları üçün böyük əhəmiyyət daşıyacaq".
 
Rusiya Dumasının deputatı Ruslan Balbek məscid tikintisinin Rusiya prezidentinin (Vladimir Putin) himayəsi altında baş tutduğunu vurğulayıb: "Məscidin tikintisi, ancaq Rusiyanın tabeliyində olan Krımda mümkün olmuşdur, çünki Ukrayna dövründə müsəlmanlar davamlı olaraq hər cür maneələrlə qarşılaşırdı. Bu məscid Krımın ən böyük məscidi olacaq".
 
Məscidin 2019-cu ilin aprel ayının 21-də təhvil verilməsi planlaşdırılıb. 3 hektar ərazidə yerləşən məscid kompleksinin xərci isə təxminən 70 milyon dollardır. (deyerler) /

Google+ WhatsApp ok.ru