ABŞ Konqresi Ukraynaya silah verilməsinə dair qətnamə qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanı Ukraynaya hərbi yardım göndərməyə çağırıb.
 
APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Konqres müvafiq qətnamə qəbul edib.
 
Qətnamənin lehinə 348, əleyhinə isə 48 səs verilib.
 
Bundan əvvəl, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Barak Obamaya məktub yazaraq onu Ukraynaya letal (öldürücü) silahlar verməyə çağırmışdılar.
 
Xatırladaq ki, Konqres  tərəfindən qəbul olunan qətnamələr tövsiyə xarakteri daşıyır  və icrası məcburi deyil./
 

Google+ WhatsApp ok.ru