Fransa qorxu içindədir

Fransanın təhlükəsizlik orqanları qorxulu açıqlama yayıblar.
 
Fransız kəşfiyyatı ölkədə hər an terror aktı törədilə biləcəyi ehtimalı olduğunu bildirib. Bunun üçün minlərlə terrorçunun olduğu və ölkənin hansısa bir yerində hücum reallaşdırmaq istədiklərini Fransa Müdafiə nazirliyi nümayəndələri də təsdiqləyib.
 
Rəsmilər bir neçə ay ərzində İraq və Suriyada döyüşdükdən sonra Fransaya qayıdan təxminən 200 nəfər radikalların olduğunu vurğulayır.
 
Bundan başqa, Fransada ən az 4 min nəfər terror şübhəliləri siyahısına daxil edilib.
 
Qeyd edək ki, yanvarın 7-də Parisdə baş verən terror aktı nəticəsində 17 nəfər öldürülüb. ans/

Google+ WhatsApp ok.ru