ABŞ Konsulluğunu partladacağını dedi, həbs olundu

Maide.az xəbər verir ki, ABŞ-ın İstanbul Baş Konsulluğu binası önünə gələn və üzərində partlayıcı maddə olduğu irəli sürülən bir nəfər gərgin anlar yaşadıb. 
 
Polisə ABŞ İstanbuldakı Baş Konsulluq binası yaxınlığında üzərində partlayıcı olduğunu deyilən bir kişinin olduğu barədə məlumat daxil olub. Bildirilib ki, əli pencəyinin cibində olan şəxs "Bombanı patladaram", - təhdid edirmiş.
 
Hadisədən sonra konsulluq ətrafındakı polislər həyəcan vəziyyətinə keçiblər. Konsulluq önündəki yol bağlanıb, müzakirəçi mütəxəssis polis çağırılıb.
 
Bölgədə geniş təhlükəsizlik tədbiri görən polis, hadisə yerinə heç kəsi yaxın buraxmayıb. Konsulluq önünə xüsusi təyinatlılar gəlib. Hadisə yerinə gələn müzakirəçi polis, şübhəli şəxslə danışaraq onu təslim olmağa razı salıb. Şübhəlinin üstü axtarıldıqdan sonra həbs edilərək polis maşınına mindirilib. Polisə aparılan şübhəlinin üzərindən partlayıcı maddə olmadığı bildirilib.
 
Şübhəliyə aid olduğu güman edilən maşında da axtarış aparılıb, amma heç nə tapılmayıb.

Google+ WhatsApp ok.ru