Hizbullahın pilotsuz təyyarələri İsrailin hərbi təlimini vurdu

Livan Hizbullah hərəkatının pilotsuz təyyarələri İsrail rejiminin işğalı altında olan torpaqların içərilərinə qədər nüfuz etməsindən sonra İsrail Hava Qüvvələri komandiri hava qüvvələrinin təlimini təxirə salan əmir imzalayıb.
 
Maide.az xəbər verir ki, İsrail mediasının yazdığına görə, İsrail rejiminin hava qüvvələri komandiri Eshelin İsrail Hava Qüvvələrinin hər cür təlimini təxirə saldığını və İsrailin təhlükəsizlik protokolunu yenidən nəzərdən keçirəcəyini bildirib.
 
Qeyd edək ki, son iki həftədə Hizbullahla Fələstin İslami Müqavimət Hərəkatı HƏMASA aid pilotsuz təyyarələr İsrailin işğalı altındakı torpaqlarda uçuşlar həyata keçirib və bir müddət sonra uğurlu şəkildə bazalarına geri dönüblər.

Google+ WhatsApp ok.ru