ABŞ Mərkəzi Kəşfiyyatının yeni işgəncə metodları ifşa oluub

Britaniyanın xəbər mənbələri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 13 məhbusu "süni boğulma" metodundan daha dəhşətli olan "water dousing" metodundan istifadə edərək, işgəncə etdiyini ifşa edib.
Maide.az xəbər verir ki, PressTV-nin məlumatına görə, Quardian qəzeti yeni şikayət məktublarına, ifşa edilmiş ən son sənədlərə və ABŞ Senatının ötən ilki hesabatına istinadən yazır ki, ABŞ dövləti 13 nəfərə "water dousing" metodundan istifadə edərək, işgəncə verib. 
 
Qeyd edək ki, "Water dousing" metodundan istifadə zamanı məhbuslar  temperaturu 0 dərəcəsinə yaxın olan suya salınır, sonra isə çox soyuq plastik vərəqlərlə bükürlər. 
 
Xatırladaq ki, ABŞ Senatının İnformasiya Komitəsi ötən ilki hesabatında məhbusları dar qutulara salmaq, süni boğulmaya məruz qoymaq, yuxusuz qoymaq, gərgin vəziyyətdə saxlamaq, çılpaq saxlamaq, dini təhqilər etmək və digər formalarda işgəncələrə məruz qalmasını ifşa etmişdi. 
 
MKİ-nin saxlanılan şəxsləri işgəncə etməsi ilə bağlı bu faktların ifşa edilməsi hüquq müdafiəçiləri və dünya ictimaiyyətinin ciddi etirazlarına səbəb olub. / 
 
 

Google+ WhatsApp ok.ru