İranda avtomobil qəzasında 19 Əfqanıstan vətəndaşı həlak olub

Iranın paytaxtı Tehrandan Qum şəhəri istiqamətinə qədim maqistral yolda hərəkət  edən üç avtomobil  - yük maşını, minik avtomobili və mikroavtobus -  bir-biri ilə toqquşub,  20 nəfər həlak olub. 
Maide.az xəbər verir ki, hadisə yerli vaxtla ötən gün saat 18:30 radələrində baş verib. Qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin və yük maşının sürücüsü həlak olub. 
Məlumatda bildirilir ki, mikroavtobusda həlak olan sərnişinlərin hamısı Əfqanıstan vətəndaşıdır. 
Hadisə nəticəsində 10 nəfərin yaralandığı bildirilir. Yaralılardan üçünün vəziyyəti ağırdır. /
 
 

Google+ WhatsApp ok.ru