ABŞ Məhkəməsi işdən qovulan müsəlman sürücülərin lehinə qərar verdi

Amerikada bir məhkəmə “Star Transport” Nəqliyyat şirkətini təqsirli bilərək işdən çıxarılan müsəlman sürücülərin lehinə qərar verib.
 
Maide.az xəbər verir ki, Amerikada bir məhkəmə “Star Transport” Nəqliyyat şirkətini təqsirli bilərək spirtli içkiləri daşımaqdan imtina etdikləri üçün işdən çıxarılan iki müsəlman sürücüyə 240 min dollar məbləğində kompensasiya ödəmək barədə qərar verib.
 
ABŞ-ın "İllinoys" ştatında bir məhkəmənin münsiflər heyəti spirtli içkiləri daşımaqdan imtina etdikləri üçün işdən çıxarılan iki müsəlman sürücünün şikayəti ilə bağlı işə baxaraq, bunu dini ayrıseçkiliyin nümunəsi adlandırıb və iddiaçı sürücüləri 240 min dollar məbləğində kompensasiyanı sahibkar tərəfindən vurulan maddi xəsarət qismində qəbul etməyə haqlı bilib.
 
Somali əsilli iki müsəlman amerikalı yük avtomobili sürücüsü 2009-cu ildə öz sahibkarları tərəfindən işdən azad edilmişdilər. / 
 

Google+ WhatsApp ok.ru