Türkiyənin ən təhlükəli azərbaycanlısı

Türkiyənin Daxili İşlər Nazirliyi ölkədə axtarılan ən təhlükəli cinayətkarların və axtarışda olan terrorçuların siyahısını açıqlayıb. Terrorçular təhlükəlik dərəcəsinə uyğun olaraq bölünüblər - göy, yaşıl, narıncı və boz. 
 
Axtarışda adların rənglərlə işarələnməsi onların törətdikləri cinayətlərin miqyasına görə müəyyən edilir. 
 
Siyahıya adı qırmızı rənglə işarələnənlərə Gülən camaatının lideri Fətullah Gülən başçılıq edir. 
 
Yüzdən çox insanın ölümünə səbəb olan Ankara terrorunu törətməkdə şüphəli bilinən Ülkər Məmmədovanın da adı burada var. Ü.Məmmədovanın adı yaşıl rənglə axtarışda olanların siyahısına qoyulub. Qadının adının yaşıl rənglə işarələnməsi isə onun axtarış səviyyəsinə görə ikinci dərəcəli olduğunu göstərir. 
 
Ankarada oktyabrın 10-da baş verən partlayış nəticəsində yüzdən çox insanın həyatını itirib. Hadisə Türkiyə tarixinin ən güclü teror aktı kimi qiymətləndirilir. 
 
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məsələ ilə bağlı açıqlamasında Ankarada törədilmiş partlayışla bağlı şübhəli şəxs kimi axtarılan Ülkər Məmmədovaya qarşı Azərbaycanda cinayət təqibinin aparılmayacağını bildirib.
 
“Ülkər Məmmədova Türkiyəyə oturma izni ilə gəlib, uzun müddətdir ailə qurub, Türkiyədə yaşayıb, uşağı var. Onun Türkiyədə törətdiklərinə görə Azərbaycan məsuliyyət daşımır. Amma onunla bağlı aparılan iş nəzarətimizdə olacaq” - deyə baş konsul bildirib. Türkiyə mətbuatı 100-ə yaxın insanın ölümü ilə nəticələnmiş partlayışa görə 21 nəfərin axtarıldığınadair məlumat yayıb. Axtarılan şəxslərdən biri Ülkər Məmmədova adlı bir qadındır. 
 
Daxili İşlər Nazirliyinin dərc etdiyi siyahıda Ülkər Məmmədovanın qarşısında İŞİD üzvü olduğu qeyd edilir. Qırmızı rənglə işarələnən terrorçular arasında İŞİD üzvü olan Mustafa Toxucu və İlhami Balidənin adı var.
 
Türkiyənin paytaxtı Ankarada 100-ə yaxın insanın ölümü ilə nəticələnən terror hadisələrinin istintaqı zəminində 3 vəzifəli məmur işdən çıxarılıb. ANS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Ankara qatar stansiyasının yaxınlığında baş vermiş iki partlayışla əlaqədar başlatdığı istintaq araşdırmasının obyektivliyi üçün Ankaranın polis rəisi, Xüsusi xidmət şöbəsinin rəisi və Təhlükəsizlik şöbəsinin rəisi tutduqları vəzifədən azad ediliblər. 

Google+ WhatsApp ok.ru