ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Fransada seçki öncəsi namizədləri izləyib -YENİ SƏNƏDLƏR İFŞA OlUNUB

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Fransada seçki öncəsi namizədləri izləyib -YENİ SƏNƏDLƏR İFŞA OlUNUB

Vikiliks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA)Fransada cəsusluq fəaliyyətinə dair daha bir ifşaedici sənəd yayımlayıb. 
 
Maide.Az RT-yə istinadən xəbər verir ki,  həmin sənədlərə əsasən  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Fransada 2012-ci ildə keçirilən seçkilərdən öncə  bir neçə ay  bu ölkənin  siyasətçilərindən casusluq edib. 
Sənədlər göstərir ki, CİA  bu müddətdə  Fransanın bütün önəmli siyasi partiyalarını izləyib. 
 
CİA  Fransanın həmin dövrdəki prezident  Nikolya Sarkozinin partiyasının yenidən seçilməsindən əmin olmadığı üçün, öz casuslarına göstəriş verib ki,  Sarkozinin digər namizədlərlə bağlı fikirlərini və onun müşavirləri ilə necə əməkdaşlığı haqqında məlumat toplasınlar. 
 
Məlumata görə, CİA əsasən Mərkəz-sağ UMP partiyası və partiyanın  seçki proqramları və Sarkozinin  seçki strategiyası haqqında məlumat toplayıb. 
 
Qeyd edək ki,   bir qədər əvvəl də  Vikiliks saytı ABŞ Milli Təhlükəsizlik Agentliyinin Fransada casusluq fəaliyyətinə dair ifşaedici məqalə dərc etmişdi. Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Agentliyinin Fransa prezidenti Fransua Olland və bu ölkənin sabiq dövlət başçılarını gizli şəkildə dinləməsi Fransa parlamentini kəşfiyyat təqbiləri ilə əlaqədar mübahisəli qanun layihəsini qəbul etməyə vadar etmişdi. 
 

Google+ WhatsApp ok.ru