`Samsung`un de-fakto rəhbəri həbs olunub

`Samsung`un de-fakto rəhbəri həbs olunub

“Samsung Group” korporasiyasının de-fakto rəhbəri Li Çje Yen həbs olunub. 
 
Maide.Az xəbər verir ki, o, hakimiyyətdən müvəqqəti uzaqlaşdırılmış prezident Pak Kın He (Park Geun-hye) ətrafındakı korrupsiya qalmaqalı ilə bağlı istintaq fonunda rüşvətxorluqda ittiham olunur.
 
Bu barədə “Penxal” agentliyi məlumat yayıb.
 
Məlumata görə, şirkət 2015-ci ildə Almaniyadakı bir şirkətlə 18 milyon dollarlıq müqavilə imzalayıb ki, həmin şirkət korrupsiya qalmaqalında əsas fiqur olan prezidentin yaxın rəfiqəsi Tsoy Sun Silə (Choi Soon-sil) məxsusdur.
 
Qeyd edək ki, prezident 2016-cı ilin dekabrında hakimiyyətdən muvəqqəti uzaqlaşdırılıb və onun gələcək taleyi Konstitusiya məhkəməsindən aslıdır.
Məhkəmə bu ilin yayınadək impiçment barədə qərar verməlidir. 

Google+ WhatsApp ok.ru