ABŞ Meksika sərhədinə əlavə qüvvə göndərdi

ABŞ Meksika sərhədinə əlavə qüvvə göndərdi


ABŞ Meksika ilə sərhədə qanunsuz miqrant axınının qarşısının alınması üçün əlavə 3500 əsgər göndərib.

Axar.az xəbər verir ki, bu barədə CNN televiziyası informasiya yayıb.

Məlumata görə, göndərilən əlavə qüvvələrlə birlikdə sərhəddə ABŞ kontingentinin sayı 5800-ə çatıb.

“Ölkəmizi böyük karvanlarla qeyri-qanuni işğal cəhdlərini dayandırmaq üçün cənub sərhədlərinə daha çox əsgər göndərilir. Əvvəlki karvanları dayandırdıq, bunları da dayandıracağıq. Divarla bu daha ucuz və asan olacaqdı. İnşa edilir”, - Tramp bildirib.



Google+ WhatsApp ok.ru