ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışma olub: Ölən və yaralanan var 31 Mart 2015 01:00 Dünya ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) mənzil-qərargahının girişi qarşısında baş vermiş atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Maide.az-ın xəbərinə görə, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, MTA-nın Merilend ştatının Fort Mid şəhərində yerləşən binasının mühafizəsini həyata keçirən polis əməkdaşları qurumun girişindəki darvazanı qırıb keçməyə cəhd edən avtomobilə atəş açıblar. NBC telekanalının məlumatına görə, avtomobildə qadın libası geyinmiş iki kişi olub. Sonradan polis avtomobilin salonunda narkotik maddələr və silah da aşkarlayıb. Faktla bağlı polis araşdırma aparır. Teqlər : #ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışma olub: Ölən və yaralanan var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bütün dünyanın gözlədiyi müzakirələrin nəticəsinə 1 gün qaldı Torpağa basdırılmış 50 Quran tapıldı - FOTO/VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO