ABŞ şokda: ikinci Snouden peyda oldu

ABŞ-ın xüsusi xidmət orqanlarında ikinci Edvard Snoudenin peyda olması ilə bağlı həyacan təbili çalınır, - "KP".
 
Sözügedən adam ABŞ-ın xüsusi xidmət orqanlarının məxfi məlumatlarını jurnalistlərə ötürüb. ABŞ xüsusi xidmət orqanları təşviq içindədir.
 
İfşa olunan yeni məxfi məlumatlarda ABŞ-ın xüsusi xidmət orqanlarının anti-terror əməliyyatları ilə bağlı yürütdüyü siyasət açıqlanıb. Məxfi məlumatlara əsasən, ABŞ prezidenti Barak Obamanın dövründə bu ölkənin ərazisinə daxil olmağa qadağan olunan insanların sayı 10 dəfə artaraq, 47 minə yüksəlib. ABŞ-ın xüsusi xidmət orqanlarının qara siyahısında yer alan adların 40 faizinin heç bir terror təşkilatına aidiyyəti yoxdur.
 
Xatırladaq ki, Edvard Snouden ABŞ hakimiyyəti tərəfindən casusluqda təqsirləndirilir. Hal-hazırda Snouden Rusiyada həyatını sürür. Rusiya hakimiyyəti Snoudena ABŞ-ın məxfi sənədlərini ifşa etməmək şərti ilə 1 illik siyasi sığınacaq verib.

Google+ WhatsApp ok.ru