İsrail Məğlubiyyəti etiraf etdi və HƏMAS-ın şərtləri ilə razılaşdı

Maide.az-ın  “Əl-Məyadin” telekanalına istinadən verdiyi məlumata görə, ötən gün Misirin paytaxtı Qahirədə İsrail rəsmiləri ilə HƏMAS və digər müqavimət hərəkatlarının nümayəndələri arasında görüş keçirilib. Fələstinlilər döyüşlərin dayandırılması üçün 7 şərt irəli sürüblər. Məlumata görə, İsrail Fələstin tərəfinin 7 şərtindən 4-nü qəbul etmək məcburiyyətində qalıb. Qəbul olunan şərtlərə əsasən rəsmi Təl-Əviv Qəzzaya tətbiq etdiyi 8 illik mühasirəni aradan qaldırmalı, HƏMAS-ın əsirlərini azad etməli və fələstinlilərə beynəlxalq sularda sahildən 12 kilometr məsafəyə qədər istifadəyə icazə veriləcək. Həmçinin İsrail ordusu Qəzza zolağını tamamilə tərk edəcək.

Xatırladaq ki,  İsrail tərəfi 30 gün ərzində apardığı döyüşlərdə hər hansı bir nəticə əldə edə bilmədiyini bildirərək, məğlubiyyətə etiraf edib.

Google+ WhatsApp ok.ru