ABŞ polisi 700 -dən çox insanı öldürüb

"Vaşinqton Post" qəzeti, 2015-ci ildə ABŞ-da polisin 700-dən çox adamı vuraraq öldürdüyünü yazdı.
 
Amerika Birləşmiş Ştatlarında (ABŞ) gündəlik olaraq dərc olunan "Vaşinqton Post" qəzetinin verdiyi statistikaya görə, polisin bu il vəzifə başında silah istifadə edərək öldürdüyü insan sayı 703-ə çatıb.
 
Qəzetin verdiyi rəqəmlər, bu günə qədər Federal İstintaq Bürosunun (FBI) illik olaraq açıqladığı polis tərəfindən öldürülən insan sayının iki qatıdır. FBI-yın siyahısının əskik qalmasına əsas səbəb, bir çox polis departamentinin ölümləri FBI-ya mütəmadi olaraq bildirməməsidir.
 
Qəzetin göstəricilərinə görə, bu ilin ilk 6 ayında 463 nəfər öldürülüb. Öldürülənlərin çoxunun tapança və ya ölümcül silah daşıdığı qeyd edilərkən, ən az 65 nəfərin isə silahsız olduğu deyilir.
 
Qəzet, sözügedən statistikanı yerli xəbərlərə əsaslanaraq hazırlayıb və yalnız vəzifə başındakı polislərin silah istifadə etdikləri xəbərləri siyahıya daxil edib. musavat /
 

Google+ WhatsApp ok.ru