ABŞ polisi sərhəddə miqrantları gözyaşardıcı qazla qarşılayıb

ABŞ polisi sərhəddə miqrantları gözyaşardıcı qazla qarşılayıb

ABŞ polisi Mərkəzi Amerika ölkələrindən sərhəd divarını keçməyə çalışan miqrantları qarşı gözyaşardıcı qazla qarşılayıb. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniyadakı Meksika əyalətinin Tijuana şəhərində bir qrup immiqrant sığınacaq tətbiqlərinin yavaş həyata keçirilməsi səbəbindən etiraz nümayişləri zamanı iki ölkə arasında inşa edilmiş metal divar keçirməyə çalışıb. 
 
ABŞ Gömrük və Sərhəd Qoruma Vahidi sərhəd gediş-gəliş üçün bağlayıb, təhlükəsizlik gücləri isə divarı aşmağa cəhd edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. 
 
Meksika televiziyası bəzi nümayişçilərin divarın altından sərhədi keçməyə çalışdıqlarını və metal duvara qalxmağa cəhd etdiklərinin görüntüsünü yaymlayıb. 
 
ABŞ polisi gözyaşardıcı qazla müdaxilə etdikdən sonra, divar keçməyə müvəffəq olan nümayişçilər qayıtmaq məcburiyyətində qalıb. 
 
Nümayişçilər arasında qadınlar və uşaqlar da olub. Onlardan bir neçəsinin xəsarət aldığı bildirilir.

Google+ WhatsApp ok.ru