ABŞ polisi türk jurnalistə reportaj hazırladığı üçün təzyiq göstərdi

ABŞ-da 18 yaşlı silahsız zənci Mişel Brovnun polis tərəfindən öldürülməsi sonrası hadisələrin aktivləşdiyi St.Luis şəhərinin Ferquson məhəlləsi yaxınlığında nümayişçilərlə polisin qarşıdurmasını göstərən Türkiyənin "Anadolu" xəbər agentliyinin müxbiri Bilgin Şaşmaz polisin sərt müdaxiləsinə məruz qalıb. Maide.az-;n məlumatına görə, Şaşmaz polis tərəfindən əvvəlcə ölümlə təhdid edilib. Bir qədər sonra isə polislər xəbər hazırlamasında israr edən Şaşmazın üzərinə hücuma keçərək, onu yerə uzadaraq, əllərini qandallayırlar. 
Jurnalisti 5 saat polis idarəsində saxlayıb sorğu-sual etdikdən sonra azad ediblər. 

Google+ WhatsApp ok.ru