Dnestryanı bölgə müharibə hazırlığına başladı 21 Avqust 2014 01:00 Dünya Ukraynada davam edən gərgin qarşıdurmalar fonunda digər separatçı qurum - Dnestryanı bölgənin rəhbərliyi ehtiyatda olan şəxslərin təcili hərbi çağırışına qərar verib. Bu barədə Moldova mediası məlumat yayıb. Xəbərdə deyilir ki, qondarma qurumun prezidenti Yevgeni Şevçuk gözlənilmədən müvafiq qurumlarda çalışan və hazırda ehtiyatda olan şəxslərin hərbi çağırışa gəlmələri barədə təcili göstəriş verib. Həmin şəxslər bir ay ərzində qapalı hərbi rejimdə müyyən təlimlər keçəcəklər. Onlara "sülhməramlı qüvvələr” daxilində istənilən şərti tapşırığı yerinə yetirmək göstərişi veriləcək. Xatırladaq ki, avqustun 20-də Rusiya "nüvə müharibəsi ssenarisi" çərçivəsində geniş hərbi təlimlərə başlayıb. Ekspertlər qondarma qurumun tələsik qərarının arxasında həm də bu amilin dayandığını proqnozlaşdırırlar. Teqlər : #Dnestryanı bölgə müharibə hazırlığına başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada şəhid olanların sayı 2050-yə yüksəldi ABŞ polisi türk jurnalistə reportaj hazırladığı üçün təzyiq göstərdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO