ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

Ağ ev elan edib ki,  ABŞ prezidenti Donald Tramp  may ayının ikinci yarısında İşağlçı İsrailə və  Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək. 
 
Maide.info beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  ekspertlər bildirir ki, D.Trampın  ilk xarici səfəri ABŞ-ın yeni hökumətinin  proritetlərinin göstəricisidir.  Heç təccüblü deyil ki, D.Tramp  ilk səfərini Fələstinin işğal olunmuş ərazilərinə edəcək və  işğalçı rejim rəsmiləri ilə görüşəcək.  İsrail – Fələstin münaqişəsi  D.Trampın  iş başına gəlməsi və onun işğalçı rejimə verdiyi dəstəklərin ardınca dahada gərginləşib. 
 
D.Tramp ilk xarici səfəri çərçivəsində həmçinin  Vatikan və  Brüsselə baş çəkəcək. Səfər may ayının 25-də başa çatacaq. 
 
D.Trampa yaxın rəsmilərdən biri elan edib ki, ABŞ prezidentinin Səudiyyə Ərəbistana səfərindən məqsədi  “ifratçılıqla  mübarizəni artırmaq və İranın dahada küncə sıxışdırmaqdır” 
 

Google+ WhatsApp ok.ru