Şabranda güclü yanğın başlayıb

Şabranda güclü yanğın başlayıb

 Şabran rayonunda güclü yanğın başlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Gəndob kəndi ərazində qeydə alınıb.
 
Alov qısa müddət ərzində geniş əraziyə yayılıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. İlkin ehtimala görə, yanğın 500 hektar ərazini əhatə edir.
 
 
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. //

Google+ WhatsApp ok.ru